“Mənzillərin icbari sığortası Konstitusiyaya ziddir”

Cəmiyyət

25.12.2019 - 10:23

Samir Əliyev: “Problemin dərinləşməsi sosial gərginliyin artmasına səbəb olacaq”

 

Daşınmaz əmlakın icbari sığortasından yayınanların cərimələnəcəyi xəbəri cəmiyyətdə narahatlıq yaratsa da, cərimələrin hansı formada tətbiq olunacağı barədə dəqiq məlumat yoxdur. Çünki bu, vətəndaşların daha əvvəllər rastlaşmadıqları yenilikdir.

 

Mövzu ilə bağlı AYNA-ya şərh verən iqtisadçı-ekspert Samir Əliyev, icbari sığortanı kommunal ödənişlərlə müqayisə edib: “Məsələn, vətəndaş kommunal xidmətlər üçün pul ödəmirsə, məsələ sadə yolla həll olunur - abunəçinin işıq, qaz və su təchizatı kəsilir. Yaxud dövlətə vergi ödəmədiyi təqdirdə sahibkarın bank hesabına sanksiya tətbiq olunur. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası vəziyyətində, sığorta vəsiqəsi olmadıqda sahibi nəqliyyat vasitəsindən istifadə edə bilməz və s. Bütün bu hallarda, dövlətin bir vasitəsi var, ancaq daşınmaz əmlakın icbari sığortası olmadığı halda necə olacağı aydın deyil”.

Tanya Samsonova