Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı 40-ı keçib

Cəmiyyət

28.08.2021 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 241 yeni yoluxma faktı qeydə alınıb, 3 366 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 413 986 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 358 230 nəfər müalicə olunaraq sağalıb, 5 512 nəfər vəfat edib. 50 244 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 871, bu günə qədər isə ümumilikdə 4 414517 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş