Yeni kirayə mənzillər nə dərəcədə əlçatan olacaq – <font color=red> Müsbət və mənfi məqamlar var</font>

Cəmiyyət

11.12.2019 - 10:17

Maraqlıdır ki, sosial kirayə layihəsi sosial ipotekadan baha başa gələcək

 

Hökumət sonradan alış hüququ yaranan mənzillərin kirayə proqramının icrası çərçivəsində yaşayış sahələrinin paylanması normasını müəyyən etdi. Göstərilən göstərici bir nəfər üçün 16 kvadratmetr nəzərdə tutulub.  AYNA mütəxəssislərlə bu yeniliyin təfərrüatlarını, eləcə də kirayə mənzillə əlaqəli digər qeyri-müəyyən məqamları araşdırıb.

 

Qeyd etmək lazımdır ki, göstərilən norma eyvanlar, vanna otağı, dəhlizlər, mətbəx və s. sayılmadan yalnız mənzillərin yaşayış sahəsinə aiddir, yəni adam sayına görə kvadratmetrlərin ölçüsü daha çox olacaq. Müəyyən edilmiş norma, əslində, sovet dövrü normalarından (adam sayına görə 5-8 metr) iki-üç dəfə artıqdır, lakin Avropa standartlarından aşağıdır. Daşınmaz əmlak eksperti, Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) icraçı direktoru Elnur Azadov belə deyib.

 

Kirayə mənzil layihəsinin həyata keçirilməsi səbəblərinə aydınlıq gətirən ekspertin sözlərinə görə, sosial kirayə və güzəştli mənzil məsələləri yerli mənzil qanunvericiliyində nəzərdə tutulub və xarici təcrübədən götürülüb: “Sosial kirayə layihəsinin müsbət və mənfi tərəfləri var. Müsbət məqam odur ki, insanlar kirayə haqqını ödəyəcəklər, ödənilən pul isə mənzili almaq üçün ödəyəcəyi borcundan çıxılacaq. Ödəniş edərək vətəndaş özünə daşınmaz əmlak alır. Mənfi tərəfləri isə odur ki, sosial ipotekadan fərqli olaraq mənzillərin seçimi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun təklifi ilə məhdudlaşacaq. Fondun hansı mənzilləri alacağı məlum deyil - sahəsi, təmir səviyyəsi və sair”.

Tanya Samsonova