Azərbaycanda son sutkada 4 nəfər koronavirusdan ölüb

Cəmiyyət

26.03.2022 - 18:49

Həkimlər Klinikalar SEO Xidməti

Ölkəmizdə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Azərbaycanda koronavirusa 41 yeni yoluxma qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AYNA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 641 nəfər müalicə olunaraq sağalıb, 9 679 nəfər vəfat edib. aktiv xəstə sayı 375 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 696, bu günə qədər isə ümumilikdə 6 681 983 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş