Şok effekti yaradan videogörüntü barədə rəsmi açıqlama: <font color=red> DİN araşdırmalara başlayıb</font>

Cəmiyyət

08.11.2019 - 17:46

Adıgözəl Adıgözəlov: “Əməkdaşlarımız videonu çəkən, çəkiliş vaxtı danışan insanların da kimliklərini araşdırırlar”

 

Bu gün sosial şəbəkədə “Boğazı kəsilmiş qız” başlığı altında tükürpədici video yayılıb. Qısa vaxtda istifadəçilər arasında böyük hay-küyə səbəb olan videoda iddia olunur ki, küçədə yerə sərilmiş, qan içində olan qız 8-ci sinif şagirdidir. Hadisənin bölgələrdən birində (xüsusilə Şəmkirin adı hallanır) baş verdiyi deyilir.

 

Videoda azyaşlı bir qızın qan içərisində yerdə uzandığı və əlinin titrədiyi görünür, onun səsi çıxmır. Kadrlarda onun boğazından axan qanın ətrafa yayıldığı əks olunur.

 

Sosial şəbəkə istifadəçilərindən bəziləri yeniyetmə qızın namus cinayətinin qurbanı olduğunu iddia edirlər. İddialara görə, kimliyi bilinməyən bir nəfər tərəfindən hamilə qalan qızın atası, övladının başını kəsməsi üçün Rusiyadan buraya – öz qardaşına təlimat göndərib və qardaşı da cinayəti icra edib.

 

AYNA əməkdaşı, cəmiyyətdə şok effekti yaratmış videogörüntü ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlovla əlaqə saxlayıb. O, yayılan məlumat üzrə araşdırmalara başlanıldığını deyib.

Raminə Eyvazqızı