Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsinə yeni ixtisas yaradılıb

Xəbərlər

31.03.2021 - 15:14

Humanitar və sosial ixtisaslar qrupu üzrə kommunikasiya və rəqəmsal media ixtisası yaradılıb

 

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsində yeni ixtisas yaradılıb. AYNA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na dəyişiklik edilib.

 

Ali təhsilin bakalavriat səviyyəsində Humanitar və sosial ixtisaslar qrupu üzrə kommunikasiya və rəqəmsal media ixtisası yaradılıb.

Müəllif: Ayna.az