İki minə yaxın abonent yenidən qazsız qalıb

Xəbərlər

14.11.2019 - 18:57

Hazırda bərpa işləri görülür

 

Şamaxı rayonunda qazıntı işləri zamanı zədələnən qaz xətti bərpa olunandan bir qədər sonra, başqa bir təşkilata məxsus texnika ilə təkrar olaraq yararsız hala salınıb. Bu barədə AYNA-ya "Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.

 

O bildirib ki, bu gün səhər saatlarında Şamaxı rayonunun Cabanı kəndi ərazisində “Çuxuryurd-Sabir” polietilen qaz xətti qazıntı işləri aparan texnika ilə qırılıb. Doqquz kənddə, təxminən 2 minə yaxın abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Saat 16:00 radələrində bərpa işləri tamamlanıb.

Lakin bir qədər sonra həmin qaz xətti digər bir şirkətin texnikası ilə başqa bir yerdə - Şamaxı rayonunun Sabir qəsəbəsində təkrar zədələnib. Yenə də təqribən eyni sayda abonentin qaz təchizatında fasilə müşahidə olunur. Hazırda bərpa işləri görülür.

Müəllif: Ayna.az