Azərbaycan Ordusunda xidmət edənlərin valideynləri ilə görüşünə qadağa qoyulub

Cəmiyyət

30.01.2022 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

Hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub

Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşü müvəqqəti qadağan olunub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Hərbi qulluqçuların sağlamlığının qorunması və xəstəliyə yoluxma riskinin qarşısının alınması məqsədilə əsgər valideynləri və yaxınlarına hərbi hissələrə gəlməməyi, xüsusi ilə də fevralın 6-da keçirilməsi planlaşdırılan andiçmə mərasimlərində iştirak etməməyi tövsiyə edirik. Vətəndaşlarımızdan ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırıq", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş