Təhmasib Cavadzadə: “Depressiya nevrotik vəziyyətə keçir, nevrotik vəziyyət isə xərçəng xəstəliyi kimi insanın sinir sistemini məhv edir”
Dünyada və ölkədə intiharların sayının artması mütəxəssisləri həyəcan təbili çalmağa vadar edir. Problem, daha çox psixoloji istiqamətdən dəyərləndirilir. AYNA əməkdaşı da, psixoloq, psixoterapevt və seks terapevti Təhmasib Cavadzadə ilə sözügedən mövzu ətrafında həmsöhbət olub.
- Texnologiya inkişaf etdikcə, əslində hər şey yaxşı olmalı idi. Amma nədənsə əksinə oldu. Vəziyyət heç də ürəkaçan deyil. Düşünürəm ki, buna bizim həddindən artıq şişirtdiyimiz mental dəyərlərimiz mane olur. Nədənsə insanlar aqressivdirlər. Əlbəttə, buna maddi çətinliklər də təsir edir. Nevrotik vəziyyət baş alıb gedir. İnsanlar bir-birinin üzünə gülmür, bir-birilərini qısqanırlar. Kiçik məsələlər böyük davalara səbəb olur. O gün bir hadisənin şahidi oldum. Qız anası ilə avtobusa minmək istəyirdi və avtobusda sıxlıq olduğu üçün sürücüdən tələb edirdi ki, orta qapını açsın və kartı ön qapıdan vurandan sonra anası ilə orta qapıdan avtobusa minsin. Qız başladı küçədə qışqırmağa və avtobusa vurmağa. Mən avtobusdan düşüb onu başa salmağa çalışdım ki, bu, qanundur. Məni dinləmədi. Anası da aşağı düşüb anlatmağa çalışdı. Yenə qız dediyini deyirdi və qışqırırdı. Anası sürücüdən xahiş etdi. Sürücü israrla bildirdi ki, qanundur və kamera çəkir. Qapını aça bilməz. Bu zaman anası da qızına qoşuldu, başladılar deyinməyə ki, “qanun elə bizim üçün qalıb”. Biz isə avtobusa minib, yolumuza davam etdik. Dediyim odur ki, belə aqressiyalar heç nədən yaranır.
Təranə Xudabaxşiyeva