Amerikalılar görmədikləri günə düşüblər

Dünya

09.04.2020 - 20:28

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus ABŞ iqtisadiyyatını iflic edir

 

Pandemiyanın hazırda əsas ocaqlarından olan ABŞ-da iqtisadiyyat ağır günlərini yaşayır. AYNA xarici mediaya istinadən xəbər verir ki, indiyə qədər ölkədə 6,6 milyon nəfər işini itirib.

 

Bu da koronavirusun ABŞ iqtisadiyyatına vurduğu zərərin başqa bir tərəfidir. Amerika firmaları çökür, koronavirusa qarşı sərt tədbirlər istehsal sahələrinin fəaliyyətini dayandırmasına səbəb olur.

 

Proqnozlara görə, aprel ayı ərzində virusun yaratdığı böhran səbəbindən 20 milyon amerikalı işsiz qalacaq.

 

Qeyd edək ki, ABŞ-da 432 min nəfərdən çox insan virusa yoluxub, 15 minə yaxın insan isə həyatını itirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş