Amerikadan yeni təhdid

Dünya

04.03.2020 - 19:31

cedabet dərman SEO Xidməti

“Sülh, təhlükəsizlik və sabitliyə kölgə salmaq istəyənlərə qarşı sanksiyalar tətbiq edəcəyik”

 

Liviya Milli Barışıq Hökumətinin Daxili İşlər naziri Fethi Başağa ilə ABŞ-ın Tripolidəki rəsmi nümayəndəsi Coşua Harris arasında görüş olub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Harris ABŞ-ın Liviyada atəşkəsi təmin etmək səylərinə dəstək vermək istədiyini deyib.

 

“Liviyada sülh, təhlükəsizlik və sabitliyə kölgə salmaq istəyənlərə qarşı sanksiyalar tətbiq edəcəyik”, - deyə amerikalı diplomat bildirib.

 

Qeyd edək ki, yanvarın 12-də Liviya tərəfi Türkiyə və Rusiyanın atəşkəs təklifini qəbul etməsinə rəğmən, ölkədə qarşıdurma hələ də davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş