Etiraz yürüşünə 150-dən çox sektor təmsilçisi qatılıb
Almaniyada COVID-19 səbəbindən mart ayından bu yana toy məclislərinin qadağan edilməsi, bu sektor təsilçilərinin etirazına səbəb olub. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Şimali Ren Vestfalya əyalətində olan türk şadlıq evi sahibləri və gəlinlik, cehizlik, qızıl mağazalarının sahibləri yürüş keçiriblər. Etiraz yürüşünün önündə gəlin və bəy paltarı geyinmiş şəxslər gediblər.
Toy və Mərasim Evləri Birliyi tərəfindən dəstəklənən etiraz yürüşünə 150-dən çox sektor təmsilçisi qatılıb.
Aksiyanın sonunda Marxloh bazar yerinə toplaşan iş adamları hökumətə müraciət ünvanlayıblar. Bildirilib ki, toyların keçirilməsinə icazə verilməməsi, bu sektorun çöküşünə səbəb olub.