Koronavirusa yoluxanların sayı durmadan artır
ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.
AYNA “Report”a istinadən xəbər verir ki, "Koronavirus barədə, insanlar düşünürlər ki, o, isti səbəbindən apreldə gedəcək", - deyə ABŞ Prezidenti qubernatorlarla görüşdə bildirib.
"Ümumiyyətlə, isti belə virusu öldürür", - deyən Trampın sözlərinə görə, Çin rəhbərliyi rirus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.
Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır".
Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb.