ABŞ Rusiya və Çinə qarşı növbəti sanksiyalar tətbiq edəcək

Dünya

26.02.2020 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Mayk Pompeo: “Onlar İranın nüvə proqramının inkişafına dəstək verirlər”

 

ABŞ dövlət katibi Mayk Pompeo Rusiya və Çin də daxil olmaqla, 13 ölkənin vətəndaş və şirkətlərinə sanksiya tətbiq ediləcəyini açıqlayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada sanksiya qərarının tezliklə tətbiq olunacağı bildirilib.

 

Pompeo sanksiyanın səbəbi kimi həmin ölkələrin ABŞ-ın etirazlarına rəğmən, İranın nüvə proqramının inkişafına dəstək verməsini göstərib.

 

Dövlət katibi qeyd edib ki, həmin şəxs və şirkətlərin ABŞ-a girişinə və ticarətlə məşğul olmalarına qadağa tətbiq ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş