ABŞ Qəzza zolağı ilə sərhəddə hərbi baza qurmağı planlaşdırır

Dünya

11.11.2025 - 22:01

Zolaqda atəşkəsi qorumaq üçün bir neçə min əsgər yerləşdiriləcək

ABŞ Qəzza zolağı ilə sərhəddə 500 milyon dollarlıq hərbi baza qurmağı planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “Ynet” portalı mənbələrə istinadən məlumat yayıb.

Bazanın ABŞ Prezidenti Donald Trampın anklavdakı münaqişəni həll etmək planının növbəti mərhələlərindən biri olduğu qeyd edilir.

Mənbə bildirib ki, "Amerika bazası Qəzza ilə sərhəddə yaradılacaq və atəşkəsi qorumaq üçün bir neçə min əsgər yerləşdiriləcək. Son həftələrdə ABŞ hökumət və İsrail Müdafiə Qüvvələri ilə birlikdə bu məsələni həll etmək üçün çalışır".

Nə Pentaqon, nə də İsrail hökuməti hələlik Amerikanın hərbi bazası yaratmaq planlarını təsdiqləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş