Son səsvermə nəticəsində Bayden 861 səs toplayan Sandersi geridə qoyub
Noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərində Co Bayden Demokrat Partiyasının namizədi olmaq üçün növbəti dəfə avantaj əldə edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Bayden Arizona, İllinoys və Florida ştatlarında rəqibi Sandersdən üstün olmağı bacarıb.
Lakin Arizona, İllinoys və Florida ştatlarında nəticələr açıqlansa da, Ohayo, Corciya, Lousiana, Merilend və Kentuk ştatlarında virusa görə, səsvermələr təxirə salınıb.
Son səsvermə nəticəsində Bayden 1147 səs əldə edərək, 861 səs toplayan Sandersi geridə qoyub.
Qeyd edək ki, Demokratlar Partiyasının namizədi olmaq üçün mübarizə aparan Bernie Sanders 2016-cı il seçkilərində Hillari Klintona məğlub olmuşdu.