Pit Heqset: “Tehran blokada qaldırıldıqdan sonra neft ixracına başlaya biləcək”
“ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi blokada aradan qaldırıldıqdan sonra Tehran dərhal neft ixracına başlaya biləcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri Pentaqon rəhbəri Pit Heqset CBS telekanalında açıqlamasında deyib.
"Dərhal. ABŞ Prezidenti Donald Tramp belə dedi", - deyə o bildirib.
O həmçinin əlavə edib ki, "bunun üçün 30 gün və ya iki həftə vaxt lazım olacaq".
Qeyd edək ki, aprelin ortalarından bəri ABŞ dəniz patrulları həyata keçirir, İranın əsas limanlarını bloklayır və neft ixracına mane olur. Əvvəllər bildirilirdi ki, ABŞ-ın blokadası səbəbindən İranın dəniz yolu ilə neft ixracı 80 faizdən çox azalıb.