“Agentlikdə ən vacib şey yoxlamadır və bizim iştirakımız yerinə yetirilməli olan çox vacib bir rəsmiyyətdir”
“MAQATE ABŞ və İran arasında potensial nüvə enerjisi müqavilələrinə riayət olunmasının yoxlanılmasında vasitəçi kimi xidmət etməyə hazırdır”. AYNA.AZ “Yonhap”a istinadən bildirir ki, bu sözləri Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.
“Agentlikdə ən vacib şey yoxlamadır və bizim iştirakımız yerinə yetirilməli olan çox vacib bir rəsmiyyətdir”, - deyə Qrossi Vyanada jurnalistlər üçün MAQATE tərəfindən təşkil edilən seminarda beynəlxalq media nümayəndələri ilə görüşdə bildirib.
“Onlar razılığa gəldikdə və yoxlamanı öz üzərimizə götürməyimizi istədikdə, mən İdarə Heyətinə müraciət edib onlardan icazə istəməli olacağam”, - deyə vurğulayıb.