“Fars”: İran ABŞ ilə saziş imzalamağa hazır deyil

Dünya

14.06.2026 - 19:31

İran təklif olunan anlaşma memorandumu ilə bağlı yekun qərar verməyib

İran hələ Vaşinqton və Tehran arasında təklif olunan anlaşma memorandumu ilə bağlı yekun qərar verməyib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi İran danışıqlar qrupuna yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ekspertlər və müvafiq orqanlar hələ də təklifin siyasi, hüquqi və texniki aspektlərini öyrənirlər.

CNN-in məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da bu planları rədd edib və ABŞ Prezidenti Donald Trampın bu gün - onun ad günündə - sənədi imzalamaqda "qeyri-adi israrını" tənqid edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş