F/A-18 “Hornet” Vaşinqton ştatının Yakima dairəsində qəzaya uğrayıb
Amerikanın F/A-18 “Hornet” qırıcı təyyarəsi Vaşinqton ştatının Yakima dairəsində qəzaya uğrayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Yakima Şəhər Şerif İdarəsinin məlumatına görə, "Pilot katapult etdikdən sonra yüngül xəsarətlər alıb və xəstəxanaya aparılıb".
Təyyarə planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Nəticədə qəza yerində meşə yanğını baş verib.