Ölkə sakinlərinin 55 faizi təklifin əleyhinə, 45 faizi isə lehinə səs verib
İsveçrə vətəndaşları 2050-ci ilə qədər əhalinin sayını 10 milyonla məhdudlaşdırmaq ideyasını rədd ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, SRF ictimai yayım şirkətinin məlumatına görə, ölkə sakinlərinin 55 faizi təklifin əleyhinə, 45 faizi isə lehinə səs verib.
Məlumatda deyilir: "Səsvermə sağçı siyasətçilərin İsveçrənin sürətlə artan əhalisinin həddindən artıq sıxlığa və ölkənin resurslarının tükənməsinə səbəb olduğunu iddia etdiyi bir neçə ay davam edən kampaniyanın kulminasiya nöqtəsi idi".
Avropa ölkəsinin əhalinin sayının məhdudlaşdırılması məsələsini nəzərdən keçirməsi mayın 23-də məlum olub. Bu məsələ ilə bağlı referendum iyunun 14-nə təyin olunmuşdu.
Sağçı İsveçrə Xalq Partiyası təklifi irəli sürüb. Onlar artan miqrasiya ilə bağlı narahatlıqlarını ifadə ediblər və əhalinin 2050-ci ilə qədər 10 milyonu keçməməli olduğunu bildiriblər. Hazırda ölkədə təxminən 8,6 milyon vətəndaş var ki, onların üçdə biri əcnəbilərdir.