Moskva ABŞ-ın hərəkətlərini Avropadakı gərginliyi artıran hal kimi qiymətləndirir
ABŞ-ın Topçu Briqadası Estoniyada canlı atışlar həyata keçirir. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verir. Təlim zamanı hərbçilər yeni MLRS (Multiple Launch Rocket System) çoxsaylı raket sistemini sınaqdan keçirirlər. Təlimlər Estoniya Müdafiə Qüvvələrinin Mərkəzində gerçəkləşir.
Təlimlər nişan alma məşqləri əhatə edir. Estoniya Müdafiə Qüvvələri ilə birgə hərbi təlimlər sentyabrın 10-dək davam edəcək. Bu, ABŞ Ordusunun 41-ci Sahə Topçu Briqadası tərəfindən Almaniyanın Qrefenvere bazası xaricində həyata keçirilən ilk canlı atəş təlimidir.
Qeyd edək ki, Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ın Estoniyadakı hərbi manevrlərini təxribat və son dərəcə təhlükəli adlandırıb. Rusiya səfirliyi hesab edir ki, ABŞ Ordusunun Rusiya sərhədlərinə yaxın ərazidə təlimlər keçirməsi doğru deyil. Rusiyalı diplomatlar ABŞ-ın hərəkətlərini Avropadakı gərginliyi artıran hal kimi qiymətləndirirlər.