ABŞ-da polislər bu dəfə qadın qaradəriliyə qarşı zorakılıq etdi - <font color=red> VİDEO</font>

Dünya

07.06.2020 - 13:28

Qadını avtomobildən sürüyüb çıxarırlar, dizi ilə boynundan basır

 

ABŞ-da daha bir qaradəriliyə qarşı polis zorakılığının olduğu xəbəri yayılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu dəfə zorakılığa məruz qalan qaradərili qadındır.

 

ABŞ-da polisin zorakılığı nəticəsində ölən təhlükəsizlik işçisi Corc Floydun ailəsinin vəkili, qaralara qarşı yeni bir zorakılıq hadisəsi olduğunu bildirib. Vəkil Benjamin Kramp “Twitter”-də Çikaqoda baş verən hadisənin videosunu yayıb. Videoda polisin qaradərili bir qadını saçından tutaraq avtomobildən sürüyərək çıxardığı görünür. Bundan sonra polis dizi ilə qadının boynundan basır. Vəkil videonu “Bu ayıbdır", başlığı ilə paylaşıb.

 

Qeyd edək ki, mayın 25-də Minneapolisdə 46 yaşlı Corc Floyd polis tərəfindən qətlə yetirilib. O əvvəlcə, saxta pulla siqaret alışını araşdıran polis tərəfindən saxlanılıb. Video görüntülərdə Floyd-un həbs olunduğu və nəfəs ala bilmədiyini dedikdən sonra ağdərili polisin dizi ilə hələ bir neçə dəqiqə də onun boynunu sıxdığı, öldürdüyü görürünür. Bundan sonra, qaradərili Floydun qətlinə etiraz olaraq ABŞ-ın bir çox şəhərində və beynəlxalq miqyasda nümayişlər başlayıb. ABŞ-la yanaşı Avstraliya, Fransa, Hollandiya və İngiltərədə minlərlə adamın toplaşdığı mitinqlər hələ də davam edir.

 

Müəllif: Ayna.az