“Mən rəsmi şəkildə fövqəladə vəziyyət rejimi tətbiq edirəm”
ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.
AYNA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu, ölkədə koronavirusun yayılması ilə əlaqədardır.
“Mən rəsmi şəkildə fövqəladə vəziyyət rejimi tətbiq edirəm”, - deyə ABŞ prezidenti bildirib.
Tramp qeyd edib ki, bu, virusla mübarizəyə 50 milyard ABŞ dolları ayırmağa imkan verəcək.