ABŞ-da Cefferson Devisin heykəli dağıdılıb

Dünya

11.06.2020 - 13:09

Etirazçılar uçurduqları heykəli yaxınlıqdakı gölə atıblar

 

ABŞ-ın Virciniya ştatının paytaxtı Riçmond şəhərində Amerika Konfederativ Ştatlarının prezidenti Cefferson Devisin heykəli etirazçılar tərəfindən dağıdılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli WRIC telekanalı məlumat verib.

 

Telekanalın məlumatına görə, etirazçılar uçurduqları heykəli yaxınlıqdakı gölə atıblar. Hadisə yerinə polis qüvvələri cəlb olunub.

Müəllif: Ayna.az