Çinin əlavə aviareyslərlə bağlı müraciəti qəbul olunmayıb
ABŞ Çinin dörd aviaşirkətinin iki ölkə arasında əlavə həftəlik aviareyslərin təşkili ilə bağlı müraciətini rədd edib.
AYNA-nın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Nəzliyyat Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Çin aviaşirkətlərinin müraciətinin rədd edilməsi ABŞ və Çin aviaşirkətləri arasında müntəzəm sərnişin daşımaları paritetini qorumaq məqsədini daşıyır.
Nazirlikdən vurğulayıblar ki, bu, yalnız prosedur xarakterli qərardır və ABŞ tərəfindən eskalasiya kimi qəbul edilə bilməz.
Qeyd edilr ki, Çinin aviasiya hakimiyyəti ABŞ şirkətləri üçün uçuşların sayını artıracağı halda Nazirlik qərarı yenidən nəzərdən keçirməyə hazırdır.