Zelenskinin Tokioda Ukraynanın bərpası ilə bağlı konfransda çıxışı ləğv edilib

Dünya

19.02.2024 - 10:41

cedabet dərman SEO Xidməti

“Ukrayna tərəfinin təkidi ilə videomüraciətin yayımı ləğv edilib”

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukraynada iqtisadi artımın və bərpanın təşviqi ilə bağlı Tokioda Yaponiya-Ukrayna konfransında nümayiş etdirilməsi planlaşdırılan videomüraciəti ləğv edilib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

Tədbirin moderatorları çıxışın ləğv edilməsini Kiyevin istədiyini bildiriblər.

“Əvvəlcə biz Prezident Zelenskinin videomüraciətini göstərməyi planlaşdırırdıq. Lakin Ukrayna tərəfinin təkidi ilə videomüraciətin yayımı ləğv edilib”, - deyə konfrans nümayəndələri izah ediblər.

Eyni zamanda, konfrans nümayəndələri Ukrayna tərəfinin niyə belə bir qərar verdiyindən məlumatsız olduqlarını vurğulayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş