Zelenski Zalujnını niyə vəzifəsindən çıxardığını açıqlayıb

Dünya

23.02.2024 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

“Başqa şansımız yoxdur, biz ağıllı, texnoloji cəhətdən inkişaf etmiş və sürətli olmalıyıq”

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı, general Valeri Zalujnının və Ukrayna Silahlı Qüvvələrinin əsas rəhbərliyinin niyə işdən çıxarıldığını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə Zelenski “FoxNews”a müsahibəsində deyib.

Ukrayna lideri bildirib ki, bu, ordu rəhbərliyinin yenidən formalaşdırılması ilə əlaqədardır: “Biz fəaliyyətimizin istiqamətini dəyişmirik, ancaq uzun müddətdir dəyişməmiş məsələlər vardı. Daha sürətli olmalıyıq. Bu o deməkdir ki, bütün bürokratiyanı aradan qaldırmalıyıq. Başqa şansımız yoxdur, biz ağıllı, texnoloji cəhətdən inkişaf etmiş və sürətli olmalıyıq. Zaman puldur, bizdə isə pul deyil, insanların həyatıdır”, - Zelenski vurğulayıb.

Zelenskiyə Zalujnıya Ukrayna Qəhrəmanı mükafatı verilməsi ilə bağlı da sual verilib və generalın Prezidentin siyasətini dəstəkləməyə davam edəcəyi, yoxsa müxalifətə keçəcəyi soruşulub. Ukrayna lideri cavabında “Bu, Zalujnının seçimidir. O millətimizi və ölkəmizi müdafiə etdi. Mən ona Ukrayna Qəhrəmanı adını verdim. Xidmətlərinə görə ona çox minnətdaram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş