Zelenski niyyətini açıqlayıb: ikinci müddətə də…

Dünya

28.01.2021 - 12:51

Ukrayna Prezidenti növbəti müddətdə ölkə rəhbəri olmaq istəyir

 

Ukrayna Prezidenti Vladimir Zelenski ikinci müddətə ölkəyə rəhbərlik etmək niyyətindədir. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Ali Radanın deputatı, Xalqın Xidmətçisi Partiyasından olan Geo Leros öz “Facebook” səhifəsində məlumat verib.

 

Onun sözlərinə görə, Zelenski 25 yanvarda ad gününü qeyd edərkən ikinci müddətə Ukrayna Prezidenti olmaq istəyini dilə gətirib. O, ən yaxın ətrafına belə niyyəti olduğunu deyib.

 

Qeyd edək ki, yanvar ayında Zelenskinin seçki reytinqi rekord səviyyədə aşağı düşüb. Sorğuya əsasən, ölkə vətəndaşlarının yalnız 13,4 faizi Zelenskiyə yenidən səs verəcəyini bildirir. Ukraynalıların siyasi rəğbəti siyahısında ikinci sıranı ölkənin keçmiş Prezidenti Petro Poroşenko qazanıb: vətəndaşların 10,6 faizi  ona səs verməyə hazırdırlar.

 

Müəllif: Ayna.az