Zelenski ilə Makron arasında telefon danışığı olub

Dünya

01.04.2023 - 19:24

Zelenski: "Mən cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim"

Ukrayna Prezidenti Vladimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında bir saat davam edən telefon danışığı olub.

AYNA xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter"də bildirib.

 

Onun sözlərinə görə, telefon danışığı zamanı tərəflər Ukrayna və Fransa arasında müdafiə sahəsində səmərəli qarşılıqlı əlaqələri müzakirə ediblər.

"Mən cəbhədəki vəziyyətlə bağlı ətraflı məlumat verdim. Biz Sülh Formulasının həyata keçirilməsi üçün gələcək addımlar, qarşıdan gələn beynəlxalq tədbirlərdə koordinasiyalı işləmək barədə də danışdıq", - Ukrayna dövlət başçısı qeyd edib.

Müəllif: Ayna.az