Görüşün yekunlarına dair birgə bəyannamə qəbul ediləcək
Ukrayna Prezidenti Volodimir Zelenski “Böyük yeddilik” (G7) liderlərinin görüşündə iştirak edəcək. AYNA bildirir ki, Assosiasiyanın saytında yer alan xəbərə görə, tədbir fevralın 24-də onlayn formatda keçiriləcək.
“Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü münasibətilə fevralın 24-də Nazirlər Şurasının sədri Corciya Meloni “Böyük yeddilik” ölkələrinin dövlət və hökumət başçılarının videokonfransını keçirəcək”, - deyə məlumatda vurğulanıb.
Görüşün yekunlarına dair birgə bəyannamənin qəbul ediləcəyi də bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Co Baydenin fevralın 24-də G7 liderləri və Zelenski ilə görüşdə iştirak edəcəyi bildirilib. Ağ Evdən verilən məlumata görə, siyasətçilər Qərbin Ukrayna Silahlı Qüvvələrinə dəstəyini müzakirə edəcəklər.