Yüz bir yaşlı qadın koronavirusa qalib gəlib

Dünya

01.04.2020 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

Həkimlər onun digər xəstələr üçün “ümid qığılcımı” olduğunu söyləyirlər

 

Niderlandda koronavirusdan müalicə alan 101 yaşlı xəstə sağalıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, həkimlər qadının digər xəstələr üçün “ümid qığılcımı” olduğunu söyləyiblər.

 

Adı açıqlanmayan qadının bir həftə əvvəl Rotterdam şəhərində yerləşən “Jsselland” xəstəxanasına nəfəs darlığı şikayəti ilə müraciət etdiyi bildirilir.

 

Qadının şikayətlərindən sonra virus testi aparılıb və nəticələr müsbət olub. Karantin altına alınan xəstənin müalicəsi uğurla başa çatıb və xəstəxanadan çıxdıqdan sonra qocalar evinə yerləşdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş