Yeni virus xəbəri yayılıb: Yenə Çin, yenə ölüm

Dünya

24.03.2020 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Hantavirus diaqnozu qoyulan şəxslə birlikdə avtobusda olan daha 32 nəfər müayinədən keçirilib

 

Dünyanın başı koronavirus bəlasından açılmamış yeni virus xəbəri yayılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu dəfə virusun Çində peyda olduğu bildilir.

 

Belə ki, ölkənin cənub-qərbində bir nəfərin ölüm xəbəri çaxnaşma yaradıb. Hantavirus diaqnozu qoyulan şəxsin gəmiricilərdən bu virusa yoluxduğu deyilir. Hantavirus siçanlardan insanlara keçən virisdur.

 

Məlumatda qeyd olunur ki, ölən şəxs Çinin cənub-qərbindəki Yunnan əyalətindən Şandonq istiqamətində gedirmiş. Onunla avtobusda olan daha 32 nəfər də hantavirus müayinəsindən keçirilib, amma nəticələr hələ açıqlanmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş