Yeni doğulmuş 10 körpədə COVID-19 aşkarlanıb

Dünya

09.04.2020 - 20:04

Həkimlər Klinikalar SEO Xidməti

Körpələrin tibb işçiləri tərəfindən yoluxduqları güman edilir

 

Rumıniyada bir xəstəxanada yeni doğulmuş 10 körpədə eyni anda koronavirus müayinələri müsbət çıxıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Timisiora şəhərindəki xəstəxanada baş verənlərdən sonra istintaq işlərinə başlanılıb.

 

Çünki körpələrin tibb işçiləri tərəfindən yoluxduqları güman edilir. Uşaqların analarının hamısı COVID-19 üçün testindən sağlam çıxıblar.

 

Ölkənin Səhiyyə naziri Nelu Tataru bildirib ki, körpələrdən yalnız biri anası ilə birlikdə evdə təcrid olunub. İnfeksiya yayan doğum xəstəxanası karantin altına alınıb.

 

Qeyd edək ki, Rumıniyada təsdiqlənmiş koronaviruslu xəstələrin sayı 5 mindən çoxdur, son 24 saatda 441 nəfər də artıb. Bu günə qədər ölkədə virusdan 220-dən çox insan ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş