Yoşhide Suqa Abeni əvəz edəcək
Səhhətindəki problemlərə görə istefa verən Yaponiyanın Baş Naziri Şinzo Abenin postunu Yoşhide Suqa tutacaq. AYNA xarici mediaya istinadən bildirir ki, Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilən Yoşhide Suqa yaxın zamanlarda Yaponiyanın yeni Baş Naziri olacaq.
Suqa yaponlara deyib ki, Baş Nazir kimi işindəki əsas prioritet koronavirusla mübarizə və pandemiyadan zərər çəkmiş iqtisadiyyatın bərpasıdır.