Koronavirus sürətlə yayılmaqda davam edir
Yaponiyanın daha üç prefekturasında koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilə bilər.
AYNA xəbər verir ki, bu barədə “Asahi” nəşri məlumat yayıb.
Qeyd olunub ki, söhbət koronavirusa yoluxmanın daha çox qeydə alındığı Ayti, Kyoto və Hokkaydo prefekturalarından gedir.
Məlumata görə, qəbul ediləcəyi halda burada fövqəladə vəziyyət mayın 6-dək davam edəcək.