“Nazirlər Kabineti Rusiya ilə əlaqəli şəxslərə qarşı aktivlərin dondurulması və digər tədbirlər tətbiq edəcək”
Yaponiya tərəfindən sentyabrın 12-də Rusiyada 14 fiziki və 48 hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin İqtisadiyyat və Ədliyyə Nazirliyinin saytında məlumat dərc olunub.
“Nazirlər Kabineti Rusiya ilə əlaqəli şəxslərə qarşı aktivlərin dondurulması və digər tədbirlər tətbiq edəcək”, - bildirilib.
Bu tədbirlər Belarus, Çin Xalq Respublikası (ÇXR), Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Seyşel adaları və Marşal adalarında qeydiyyatdan keçmiş bəzi şirkətlərə də şamil ediləcək.
Sanksiya siyahılarına daxil olan şirkətlərin, o cümlədən “Artek” uşaq düşərgəsinin və “Axmat-Hacı Kadırov” Fondunun aktivlərinin dondurulacağı bildirilib. Bundan əlavə, Rusiya Federasiyasından daha iki təşkilata ixrac qadağası tətbiq olunacaq.