Naməlum şəxslər şirkətdə səbəbi bilinməyən axtarış aparırlar
Qara geyimli və silahlı olan naməlum şəxslər “Yandex”in Belarusun paytaxtı Minskdəki ofisinə gəliblər. Bu barədə AYNA xarici mətbuata istinadən bildirir.
Məlumatlarda qeyd edilib ki, “Yandex”in ofisi hazırda bağlıdır, içəridə bir neçə işçisi var. Baş verənlərin səbəbləri araşdırılır. Məlumatda o da qeyd olunub ki, maskalı və silahlı naməlum şəxslər “Yandex”in ofisində axtarış aparırlar.
Qeyd edək ki, “Yandex”in ofisi Minskdəki Dzerjinski prospektində yerləşir və 2011-ci ildə yaradılıb, 120 nəfərdən çox insan çalışır.
Minskdəki ofisdə şirkətin Belarus ərazisində axtarış və digər məhsulların keyfiyyətinə nəzarət edən xüsusi bir qrup var.
Xatırladaq ki, Belarusda 9 avqustda keçirilən seçkilərin nəticəsinə etiraz olaraq müxalif kütlələr nümayişə çıxıblar. 5 gündür ki davam edən etiraz aksiyalarda polisin zorakılığı nəzərə çarpır.