Xorvatiya rəhbərini seçdi

Dünya

06.01.2020 - 17:39

Həkimlər Klinikalar SEO Xidməti

Prezident seçkilərini 24 min yerli və xarici müşahidəçi izləyib

 

Xorvatiyanın keçmiş baş naziri, Sosial Demokrat Partiyasının namizədi Zoran Milanoviç prezident seçkilərinin qalibi olub. AYNA xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Xorvatiya Seçki Komissiyasının nəticələrində elan edilib.

 

Məlumatda bildirilir ki, Milanoviçin seçkidə əsas rəqibi Xorvatiya Demokratik Dostluq Partiyasının namizədi Kolindo Qrabar-Kitaroviç idi.

 

Seçkinin nəticələrinə görə, Milanoviç 1 milyon 34 min səslə Qrabar- Kitaroviçə (929 min səs) qalib gəlib. Seçki Komissiyası 3 milyon 855 min seçici qeydə alıb, seçki 6,5 min məntəqədə  keçirilib.

 

Prezident seçkilərini 24 min yerli və xarici müşahidəçi izləyib.

 

Qeyd edək ki, seçkidə Milanoviçin  qalib olması təəccüb doğurmayıb, çünki seçkidən qabaq proqnozların çoxu onun xeyirinə idi.

 

Məlumat üçün deyək ki, Xorvatiya konstitusiyasına görə, daxili və xarici siyasət hökümətə məxsusdur. Prezident daha çox təmsiledici funksiyanı daşıyır və 5 ildən bir seçilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş