Nazirlər Kabineti qaydaları qısa müddətdə təsdiqləyəcək
Orqan donorluğu və transplantasiyası üzrə etika komissiyasının təşkili, donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının fəaliyyəti və transplantasiya məqsədilə donor orqanların idxalı və ixracına dair qayda ilə bağlı müvafiq sənədlər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
AYNA APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev bildirib.
T. Musayev deyib ki, Nazirlər Kabineti bu qaydaları qısa müddətdə təsdiqləyəcək.
Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun gələn il yanvarın 1-dən qüvvəyə minir.