Xameneyi sağalıb

Dünya

10.05.2026 - 11:46

İranın Ali Rəhbərinin ofisi onun səhhəti ilə bağlı məlumat yayıb

“Ali Rəhbərin fevral ayında hava hücumu zamanı aldığı xəsarətlər demək olar ki, tamamilə sağalıb". AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Ali Rəhbəri Müctəba Xameneyinin ofisinin protokol rəhbəri Məzahir Hüseyni deyib.

O bildirib ki, 28 fevral hücumu zamanı Xameneyi partlayış dalğası nəticəsində yıxılıb, diz və bel nahiyəsindən xəsarət alıb, həmçinin qulağının arxasında kiçik bir kəsik yarası alıb.

“Bel nahiyəsindən zədə sağalıb və dizinin tezliklə sağalacağı gözlənilir", Hüseyni vurğulayıb.

İran rəsmisi bildirib ki, Xameneyinin səhhəti ilə bağlı narahat olmağa heç bir səbəb yoxdur: “Düşmən qüvvələr sui-qəsd cəhdi təşkil etmək üçün onun haqqında qeydlər və ya məlumatlar əldə etməyə çalışırlar".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş