Bu ölkədə Covid 19-a yoluxanların sayı artıb
İsraildə koronavirusa yoluxanların sayı artıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İsrail Səhiyyə Nazirliyi son saatlarda daha 126 nəfərdə Covid-19 müəyyən edildiyini açıqlayıb.
Beləliklə, İsraildə virusa yoluxanların ümumi sayı 2495-ə yüksəlib və xəstələrdən 41-nin vəziyyətinin ağır olduğu, 66-nın sağaldığı, 5 nəfər isə dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, İsraildə Covid-19-a görə, bütün məktəblər bağlanıb, qapalı və açıq ərazilərdə 10-dan çox adamın bir yerdə toplanmasına qadağa qoyulub. Bundan əlavə, martın 15-dən etibarən bazarlar, apteklər, yanacaqdoldurma məntəqələri və banklar istisna olmaqla, ölkədə bir çox ticarət müəssisəsinin bağlanmasına qərar verilib. Həmçinin, Təl-Əviv rəhbərliyi virusa görə, xarici vətəndaşların ölkəyə girməsini qadağan edib.