Koronavirus indiyədək 197 ölkə və bölgədə qeydə alınıb
İslandiya və Səudiyyə Ərəbistanında koronavirusdan ölüm qeydə alınıb.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin səhiyyə qurumları məlumat yayıb.
İslandiyada xronik xəstəlikdən əziyyət çəkən 70 yaşlı qadın virusa yoluxduqdan sonra öülb. Səudiyyə Ərəbistanında isə 51 yaşlı Əfqanıstan sakini koronavirus qurbanı olub.
Qeyd edək ki, koronavirus indiyədək 197 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək 395 579 nəfər yoluxub. Onlardan 103 734 nəfəri sağalıb, 17 234 nəfəri isə ölüb.