Venesuela höküməti: "ABŞ-nin Maduronun təyyarəsinə həbs qoyması quldurluqdur"

Dünya

03.09.2024 - 12:08

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub

Dövlət Başçısı Nikolas Maduronun prezident təyyarəsi Dominikan Respublikasında müsadirə edildikdən sonra Venesuela hökuməti ABŞ hakimiyyətini quldurluqda ittiham edib.

AYNA xəbər verir ki, bunu Venesuelanın rabitə, mədəniyyət və turizm naziri Freddi Nanes bildirib.

“Venesuela Bolivar Respublikası beynəlxalq ictimaiyyətə bəyan edir ki, Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları növbəti dəfə yalnız quldurluq kimi qiymətləndirilə bilən cinayət əməli törədib”, - nazir qeyd edib.

Xatırladaq ki, ABŞ Dominikan Respublikasında Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyub.

Vaşinqton hesab edir ki, təyyarə Amerika sanksiyalarından yayınaraq alınıb.

Hava gəmisi bazar ertəsi Dominikan Respublikasından Floridaya aparılıb.

Təxminən 13 milyon dollar dəyərində olan təyyarə son bir neçə ay ərzində Dominikan Respublikasında olub.

Əməliyyatda ABŞ Ədliyyə Nazirliyinin, Daxili Təhlükəsizlik Nazirliyinin və ABŞ Ticarət Nazirliyi yanında Sənaye və Təhlükəsizlik Bürosunun əməkdaşları və onların Dominikan Respublikasındakı həmkarları iştirak ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş