ÜST-dən növbəti bəyanat: <font color=red> “Koronavirus daim qalacaq”</font>

Dünya

14.05.2020 - 12:10

cedabet Klinikalar SEO Xidməti

Pandemiya başqa xətəlikləri də gücləndirir, psixi xəstəlikləri artrır

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir daha xəbərdarlıq edib ki, koronavirus bəlası bitməyəcək. AYNA xarici mediaya əsasən xəbər verir ki, bu barədə ÜST-nin son konfransında təşkilatın fövqəladə hallar üzrə direktoru Mayk Ryan bəyan edib:

 

“Son səylər, araşdırma bunu sübut edir ki, virusun nə vaxt yox olacağından söhbət gedə bilməz”. O əlavə edib ki, peyvəndi tapılsa da, virusa nəzarət kütləvi səy tələb edəcəkdir. Dünyada təxminən virusdan 300 min insanın öldüyünü və 4,3 milyondan çox insanın yoluxduğunu xatırladan ÜST rəsmisi, pandemiyanın başqa xətəlikləri də gücləndirdiyini, psixi xəstəliklərin artığını vurğulayıb:

 

“BMT bu mənada bütün hökumətləri ruhi, psixoloji sağlamlıq məsələlərini də diqqətə almağa çağırır. Çünki virusdan başqa cür təsirlənən insanların xəstəliklərinin artması başqa bir endemik virus təhlükəsini meydana çıxarıb”.

 

Doktor Ryan qeyd edib ki, hazırda tibbdə işlədilən, potensial 100-dən çox peyvənd olsa da, vaksinasiyaya daim ehtiyac duyulur, əsrlərdir, peyvənd olmasına baxmayaraq, misal üçün, qızılca xəstəliyi hələ də bizimlədir, bitmir. Bu səbəbdən COVID-19 da bu xəstəliklər sırasında daim qalacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş