ÜST Avropadakı pandemiya ilə mübarizə baxımından vəziyyəti çox çətin adlandırıb
Bir çox Avropa ölkələrinin hökumətləri koronavirus pandemiyasına qarşı mübarizədə çox çətin vəziyyətlə qarşılaşır.
AYNA-nın məlumatına görə, bu barədə brifinqdə ÜST-ün fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan bildirib.
M.Rayan qeyd edib ki, bir çox ölkələrinin hökumətləri çox çətin vəziyyətdədirlər:
"Onlar virusu nəzarət altına almalıdırlar və eyni zamanda infeksiyanın yayılmasının qarşısını almaq imkanları ciddi dərəcədə məhduddur".
M.Rayan qeyd edib ki, bunu nəzərə alaraq , ÜST etirazların Avropada niyə baş verdiyini başa düşür: "Görünür ki, insanlar çaşqınlıq altındadır, onlar yorulublar və normal həyata qayıtmaq istəyirlər".