ÜST COVID-19-la bağlı son statistikanı açıqlayıb

Dünya

29.12.2020 - 04:12

Həkimlər Klinikalar SEO Xidməti

Yoluxanların ümumi sayı 79 673 754, ölənlərin isə 1 761 381 nəfərə çatıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 441 mindən çox artıb. AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

Məlumata əsasən, ötən sutka ərzində 441 861 nəfər yeni koronavirusa yoluxub, 6 807 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 79 673 754, ölənlərin isə 1 761 381 nəfərə çatıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş