Ukraynda saxta COVID-19 peyvəndi təlaşı

Dünya

10.01.2021 - 00:48

Saxta koronavirus (COVID-19) peyvəndi ölkədə çaxnaşmaya səbəb olub
 
Ukrayna Təhlükəsizlik Xidmətinin saxta peyvəndlərlə bağlı geniş miqyaslı istintaq başlatdığı bildirilir. AYNA xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti ölkəyə qanunsuz olaraq "Pfizer/BioNTech" peyvəndi adı altında gətirilən bəzi təhlükəli dərmanların paylandığını müəyyən etdiklərini elan edib. Məsələ ilə bağlı istintaq başladıldığı və sözügedən maddələrin səhiyyə müəssisələrində və ya başqa bir yerdə istifadəsi ilə əlaqədar yoxlamalar aparıldığı deyilib. 
 
Digər tərəfdən Ukrayna Prezidenti Vladimir Zelenski bəzi yüksək vəzifəli dövlət məmurları və iş adamlarının gizli şəkildə, qaçaq yolla ölkəyə "Pfizer/BioNTech" peyvəndləri gətirmələri ilə bağlı söylənən ehtimalın da araşdırılması üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təlimat verdiyini bildirib. Bundan başqa, Ukraynaya İsrail ərazisindən qanunsuz olaraq gətirilən "Pfizer/BioNTech" peyvəndlərinin xüsusi bir klinikada istifadə edildiyi iddia edilsə də, İsrail Səhiyyə Nazirliyi bu iddianı rədd edib.
 
Qeyd edək ki, Ukraynanın Səhiyyə naziri Maksim Stepanov COVAX platformasının Ukraynanın müraciətini təsdiqlədiyini və martdan iyunun sonunadək Ukraynaya 8 milyon doz peyvənd göndərilməsinin gözlənildiyini açıqlayıb.
Müəllif: Ayna.az