Ukraynanın Avdiyevka şəhərinə raket zərbəsi endirilib

Dünya

27.03.2023 - 11:47

Otelə və məhkəmə binasına ziyan dəyib

Rusiya qüvvələri bu gün səhər saatlarında Ukraynanın Donetsk vilayətinin Avdiyevka şəhərinə raket zərbəsi endiriblər. AYNA xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko məlumat verib.

"Ruslar Avdiyevkaya raket zərbəsi endiriblər. Nəticədə otelə və məhkəmə binasına ziyan dəyib”, - deyə Kirilenko vurğulayıb.

Qeyd edək ki, ruslar mütəmadi olaraq şəhəri atəşə tutur və raketlərlə vururlar. Belə ki, martın 25-də səhər saatlarında da Avdiyevka iki raketlə vurulub. Şəhərin şimalından isə ruslar hücum edirlər.

Martın 26-da məlum olub ki, artıq şəhərdə yaşayışı təmin etmək mümkün deyil, Avdiyevkada kommunal xidmətlər artıq dayandırılıb.

Müəllif: Ayna.az