Ukraynada yüzlərlə tibb işçisi koronavirusa yoluxub

Dünya

11.04.2020 - 08:41

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Ukraynada 334 tibbi işçisinə koronavirus diaqnozu qoyulub.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov "İnter" telekanalının efirində bildirib.

 

"Bizim 2 203 koronavirus xəstəmizdən 334-ü tibbi işçisidir. Biz hər gün onları fərdi müdafiə vasitələri ilə maksimal təmin etməklə məğşul oluruq", - nazir deyib.

 

Cümə günü Ukrayna Silahlı Qüvvələrinin Tibbi xidmət komandanlığı da həmçinin orduda koronavirusa 3 yeni yoluxma haqqında bildirib. Ukraynanın koronavirusa yoluxmuş hərbi qulluqçuların ümumi sayı 10 nəfərə çatıb, onlardan 1-i ölüb.

 

Ölkədə ümumilikdə COVID-19 infeksiyasına 2 203 yoluxma qeydə alınıb, 69 xəstə ölüb, 61 pasiyent sağalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş